Azexport.az portalı yerli icra hakimiyyətlərində görüşlərə başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azexport.az portalından istifadə və ixrac imkanlarının təşviqi ilə bağlı yerli icra hakimiyyətlərində görüşlərə start verib. Bu gün ilk görüş Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun ərazisində fəaliyyət göstərən sahibkarla olub. İcra başçısının müavini Zaməddin Əkbərovun təqdimatından sonra Azexport.az portalının rəhbəri Zaur Qardaşov Azərbaycanda istehsal olunan yerli məhsulların vahid məlumat bazası olan Azexport.az portalının imkanları barədə sahibkaralara məlumat verib. O bildirib ki, hazırda portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsi ilə müxtəlif ölkələrdən 5 milyon dollara yaxın məhsul sifarişi daxil olub.
Daha sonra sahibkarlara yerli istehsal olan məhsullar haqqında məlumatların portala daxil edilmə yolları izah edilib və bununla bağlı iş adamlarının sualları cavablandırılıb.
Qeyd edək ki, Azexport.az komandası yerli icra hakimiyyətləri ilə görüşləri davam etdirəcək. Komanda həftəsonları bölgələrə də səfərlər edəcək









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır