Azexport.az portalı Binəqədi sahibkarları ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azexport.az portalından istifadə və ixrac imkanlarının təşviqi ilə bağlı yerli icra hakimiyyətlərində görüşlərini davam etdirir. Bu gün daha bir görüş Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Azexport.az portalının rəhbəri Zaur Qardaşov rayonun ərazisində fəaliyyət göstərən 30-dan artıq sahibkara Azərbaycanda istehsal olunan yerli məhsulların vahid məlumat bazası olan Azexport.az portalının imkanları barədə məlumat verib. İcra başçısının müavini Vüsar İsmayılov isə bildirib ki, sahibkarlar Azexport.az portalı ilə əməkdaşlıqda maraqlıdırlar.
Azexport.az portalına beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsi ilə müxtəlif ölkələrdən 5 milyon dollara yaxın məhsul sifarişi daxil olub.
Sahibkarlara məhsul və xidmətlər haqqında məlumatların portala daxil edilmə yolları izah edildikdən sonra iş adamlarının sualları cavablandırılıb.
Qeyd edək ki, Azexport.az komandası yerli icra hakimiyyətləri ilə görüşləri davam etdirəcək. Komanda həftəsonları bölgələrə də səfərlər edəcək









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır