Azərbaycan Ümumdünya İqtisadi Forumunun reytinqində MDB ölkələri arasında birincidir.
Ümumdünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatında 138 ölkə arasında Azərbaycan 40-cı pillədən 38-ci pilləyə yüksəldilib.
İlkin olaraq qeyd edək ki, Ümumdünya İqtisadi Forumu ölkələrin reytinqini müəyyənləşdirən zaman üç subindeksdən istifadə edir ki, bura “əsas tələblər”, “səmərəlilik” və “innovasiya faktorları” daxildir.
Hesabata əsasən, Azərbaycan 2015-ci ildə olduğu kimi MDB dövlətləri, türkdilli ölkələr və BRİCS-də (Çin Xalq Respublikası istisna olmaqla) çıxmaqla ən rəqabətli iqtisadiyyat kimi qiymətləndilib. 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətililik hesabatına istinadən qeyd edilir ki, dünya bazarlarında neft qiymətlərinin azalmasına fonunda neft ixracatçısı ölkəsi sayılan Azərbaycan və Rusiya Federasiyasının makroiqtisadi mühitində çətinliklər yaransa da, aparılan islahatlar nəticəsində sahibkarlıq mühitində və ticarətdə effektivliyin artırılması hər iki ölkənin iqtisadiyyatlarına mübət təsir edib. Habelə, biznes mühiti üçün zərərli faktor sayılan korrupsiayaya qarşı mübarizədə Ümumdünya İqtisadi Forumu Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.
Subindikatorların tərkibinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığa başlamaq üçün prosedurlara görə 3-cü, Sahibkarlıq başlamaq üçün tələb olunan vaxta görə 9-cu, qadınların əmək bazarında fəaliyyətinə görə 18-ci, makroiqtisadi mühiti görə 39-cu, investorların təhlükəsizliyi baxımından 36-cı, əhali arasında internetdən istifadəyə görə 33-cü, innovasiya fəaliyyətinə görə 44-cü və dövlət borcuna əsasən 41-ci yerdə qərarlaşıb.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib