Azərbaycan süni intellekt sahəsində qlobal qiymətləndirmələrdə mövqeyini möhkəmləndirir
“Oxford Insights” beynəlxalq tədqiqat mərkəzi tərəfindən hazırlanan “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi”nin (Government AI Readiness Index 2025) 8-ci buraxılışı nəşr olunub. Hesabata əsasən, Azərbaycan əvvəlki illə müqayisədə 42 pillə irəliləyərək 195 ölkə arasında 69-cu yerdə qərarlaşıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova bildirib ki, “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” artıq qlobal süni intellekt gündəliyində hökumətlərin hazırlığını ölçən və ən çox istinad edilən sənədlərdən biri hesab olunur, hökumətlər və G20 kimi beynəlxalq platformalar üçün müqayisə və istiqamətləndirmə aləti rolunu oynayır.
Sonuncu buraxılışda metodologiyanın genişlənməsi hökumətlərin prioritetlərindən asılı olaraq həm süni intellektə xas, həm də daha geniş iqtisadi və institusional göstəricilərin ölçülməsini zəruri edib. Bu səbəbdən çərçivəyə müxtəlif siyasət alətləri, iqtisadi ölçülər və tənzimləyici yanaşmalar üzrə göstəricilər daxil edilib. Məsələn, bəzi ölkələr hüquqi çərçivə formalaşdırmağa üstünlük verdiyi halda, digərləri oxşar ictimai məqsədlərə “yumşaq hüquq” (soft law) mexanizmləri vasitəsilə nail olmağı hədəfləyir.
2025-ci il buraxılışında qiymətləndirmə əvvəlki ildən fərqli olaraq 6 əsas istiqamət üzrə aparılıb. Alt-indikatorlar üzrə təhlil ölkədə xüsusilə idarəetmə (Governance) və dövlət sektorunda süni intellektin tətbiqi (Public Sector Adoption) istiqamətlərində sabitliyin təmin edildiyini göstərir.
Alt-indikatorlar üzrə nəticələr onu göstərir ki, 2025-ci il buraxılışında qiymətləndirmə əvvəlki ildən fərqli olaraq 6 əsas istiqamət üzrə aparılıb. Azərbaycanın göstəriciləri xüsusilə dövlət sektorunda tətbiq və dayanıqlılıq istiqamətlərində yüksəkdir. Belə ki, ölkəmiz “Dövlət sektorunda tətbiq” (Public Sector Adoption) üzrə 66,97 bal, “Dayanıqlılıq” (Resilience) üzrə 56,35 bal, “Siyasət potensialı” (Policy Capacity) üzrə 53,50 bal, “İdarəetmə” (Governance) üzrə 60,00 bal, “Süni intellekt infrastrukturu” (AI Infrastructure) üzrə 51,45 bal, “İnkişaf və diffuziya” (Development and Diffusion) üzrə 36,08 bal nəticə göstərib.
“Oxford Insights” 2025-ci il buraxılışı yeni tədqiqat sualına cavab verməyi hədəfləyib: “Hökumət süni intellekti ictimai fayda naminə nə dərəcədə səfərbər edə bilir?” Bu yanaşmada dövlətlərin süni intellekti vətəndaşların rifahı üçün müxtəlif formalarda necə istifadə etdiyini dəyərləndirmək imkanı yaranır. Bura ictimai xidmətlərdən tutmuş təhsil və səhiyyə sektorları üzrə tətbiq, eləcə də 21-ci əsrin rəqəmsal iqtisadiyyatı üçün zəruri bacarıq və ekspert potensialının formalaşdırılmasında hökumətin rolu aid edilir.
Aygün Əhmədova vurğulayıb ki, son illər Azərbaycanda süni intellektin inkişafı və rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə qəbul olunmuş strateji sənədlər qeyd olunan beynəlxalq meyarlarla uzlaşır. Həm “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda müəyyən edilmiş tapşırıqlar, həm də “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da nəzərdə tutulan data əsaslı qərarvermə, rəqəmsal infrastrukturun gücləndirilməsi və sektorlar üzrə transformasiya hədəfləri buna ən yaxşı nümunədir. Bu strateji çərçivələrin paralel və əlaqəli icrası Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsi üçün mühüm zəmin yaradır.






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir