Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi ictimayyətə təqdim olunub
“2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır”. Bu barədə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilir. 3 strateji hədəf və bu hədəflərin reallaşdırılması üçün 9 prioritet istiqamətdən ibarət olan Strateji Yol Xəritəsində vurğulanır ki, potensial rəqabət qabiliyyəti yüksək hesab edilən aktivlər (müəssisələr) üzrə texniki-iqtisadi və maliyyə əsaslandırmaları aparılaraq sektora və ümumi iqtisadiyyata təsirlər hesablanacaq, müəssisələrin yenidən işə salınması üçün özəlləşdirmə, borcların restrukturizasiyası, yenidən təşkilolunma, strateji investorun cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığı, xarici kapitalla birgə müəssisələrin yaradılması, təcrübəli beynəlxalq operatorun idarəetməsinə verilməsi və s. kimi müxtəlif vasitələrdən istifadə olunacaq. Strateji Yol Xəritəsində göstərilir ki, potensial rəqabət qabiliyyəti aşağı, tələb olunan investisiya həcmləri isə yüksək qiymətləndirilən aktivlərin (müəssisələrin) təyinatının dəyişdirilməsi və sonrakı istifadəsinə, həmçinin aktivlərin təyinatının dəyişdirilməsi mexanizminin sadələşdirilməsi və daha çevik olması üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair müvafiq təkliflər hazırlanacaq. Ümumilikdə götürdükdə isə Strateji Yol Xəritəsinin mövcud aktivlərin optimallaşdırılması hədəfi çərçivəsində ağır sənaye və maşınqayırma sahəsində məhsuldarlığın və səmərəliliyin artırılması, enerji istehlakında optimal səmərəliliyin təmin edilməsi, aktivlərin və mövcud potensialın mərkəzləşdirilmiş reyestrinin yaradılması üzrə tədbirlər nəzərdə tutulur. Rəqabətədavamlı sektorun yaradılması hədəfi regional təlabat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi, dağ-mədən sənayesi və metallurgiya kompleksinin, habelə bu sahədə xidmət sektorunun inkişaf etdirilməsi fəaliyyətlərini əhatə edir. Sonuncu uçüncü hədəf çərçivəsində isə alternativ maliyyələşmə vasitələrinin rolu açıqlanır, beynəlxalq standartlara və idarəçilik prosedurlarına uyğunlaşma ilə bağlı prioritetlər göstərilir. Sənəddə qeyd olunur ki, yetərli səviyyədə istifadə olunmayan aktivlər rəqabətqabiliyyətlilik və investisiya ehtiyacları üzrə təhlil ediləcək. Bu zaman yerli bazarın həcmi, yerli xammalın mövcudluğu, hədəf malların yerli və regional qiymətləri, tarif və gömrük rüsumları diqqətə alınacaqdır. İlkin mərhələdə yerli bazarlarda və region ölkələrinin bazarlarında rəqabət imkanları yüksək qiymətləndirilən aktivlər müəyyənləşdiriləcək, sanasiya tədbirlərinə tələb olunan investisiya həcmləri hesablanacaq, həmçinin ölkənin təbii resurslar bazası (neft-qaz sektoru istisna olmaqla) təhlil edilərək, qara və əlvan metallurgiya, ağır maşınqayırma sahələri üçün istehsalın xammal tələbatının yerli xammal hesabına təminatı sahəsində mövcud olan, lakin istifadə edilməyən imkanlar yenidən qiymətləndiriləcək.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu