“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun növbəti görüşü keçirilib
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun üzvlərinin Hüquq və İnsan Haqları İnstitutunda hibrid formatda növbəti görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci fəsli üzrə hazırlanmış Konsepsiya sənədinin layihəsi müzakirə edilmişdir. Layihə maraqlı tərəflərin (Mülki Məcəllənin 1-ci fəslini tətbiq edən və ya belə tətbiqə məruz qalan subyektlərin) və işçi qrupun üzvlərinin təqdim etdikləri rəylər nəzərə alınmaqla Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən hazırlanıb.
İşçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov ilk əvvəl layihəni iclasda iştirak edən işçi qrupun üzvlərinə təqdim etmişdir. Daha sonra layihə ilə əlaqədar üzvlərin əlavə təklifləri müzakirə edilmiş və sualları cavablandırılıb.
Yekunda işçi qrupun üzvlərinin layihəyə dair əlavə rəy və təkliflərinin yazılı qaydada 01.03.2024-cü il tarixinədək təqdim edilməsi qərara alınıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib