Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında Milli iqtisadiyyatın strateji yol xəritəsi müzakirə olundu
Bakı- Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"nin müzakirəsinə dair iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi də iştirak edib.
İclası giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Bu günlərdə ölkəmizdə müstəqilliyin 25 illiyinin təntənəli şəkildə qeyd olunduğunu deyən akademik bu müddətdə böyük yol qət edildiyini, bütün sahələrdə, o cümlədən iqtisadiyyatda mühüm nailiyyətlər qazanıldığını bildirib.
Akademik Akif Əlizadə iqtisadi islahatların yol xəritəsində ayrı-ayrılıqda araşdırılan sektorların hər birinin qabaqcıl elmi nailiyyətlərdən faydalanmaqla inkişaf edə biləcəyini söyləyib. AMEA-nın prezidenti bildirib ki, həm bu sektorların, həm də yol xəritəsinə daxil edilmiş infrastruktur sahələrinin inkişafı elmi nailiyyətlərin sürətlə və effektiv bir tərzdə tətbiq olunmasını tələb edir. Akademiya rəhbəri onu da əlavə edib ki, Strateji yol xəritəsi 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı ilə yanaşı, 2025-ci il və ondan sonrakı dövr üçün ümumi hədəfləri də müəyyənləşdirəcək.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasına əsaslanaraq ölkəmizdə iqtisadi islahatların yeni mərhələsini uğurla davam etdirir. Məruzəçi Strateji yol xəritəsinin hazırlanması zamanı dövlət orqanları ilə yanaşı, yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələrinin yaxından iştirak etdiyini deyib. Sənədin inklüziv və əhatəli olması üçün bütün imkanlardan istifadə olunduğunu bildirib. N.Əmirov Strateji yol xəritəsi çərçivəsində bir il üçün təfsilatlı yol xəritəsi, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı hədəf baxışı kimi sənədlər hazırlandığını diqqətə çatdırıb. Məruzəçi altı əsas istehsal və xidmət sektorunu, iki sosial sektoru və üç infrastruktur sektorunu əhatə edən strateji yol xəritəsinin növbəti onillikdə ölkənin əsas iqtisadi strategiya sənədi olacağını əlavə edib.
İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı: Qlobal çağırışlar və milli strategiya" mövzulu təqdimatla çıxış edib. Mərkəz rəhbəri bildirib ki, "Azərbaycanda rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyat quruculuğu, həmçinin dayanıqlı iqtisadi inkişaf xətti davam edəcək.
V.Qasımlı vurğulayıb ki, Azərbaycan iqtisadi artımın uzunmüddətli (potensial) səviyyəsini yüksəltməklə məcmu buraxılış kəsirini yaxşılaşdıracaq. O, qeyd edib ki, bunun üçün qısamüddətli dövrdə fiskal və monetar siyasətlərdən istifadə olunacaq, orta və uzunmüddətli dönəmdə isə məcmu təklifi dəstəkləyən investisiya mühiti və infrastruktur daha da yaxşılaşdırılacaq, bazarlara çıxış imkanları genişləndiriləcək, qlobal dəyər zəncirində mövqelər gücləndiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə "Milli iqtisadiyyatda islahatlar və gələcək perspektivlər", AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov "Yol xəritəsi sənədi yeni iqtisadi konteksdə", Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "İqtisadi islahatlarda elm və qanunvericiliyin rolu", AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "İqtisadi inkişafda müasir texnoloji imkanlar və İKT-nin rolu" mövzusunda məruzələrlə çıxış ediblər. Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"ni yüksək səviyyəli bir sənəd olaraq qiymətləndirərək qeyd etmişdirlər ki, məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sənədin həyata keçirilməsi nəticəsində iqtisadiyyatın rəqabətqabiliyyəti yüksələcək, həmçinin əhalinin sosial rifah halı daha da yaxşılaşacaq.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise