
“Avropa və Şimali Amerika bazarlarına qida məhsullarının ixracında müasir tələblər” mövzusunda vebinar keçirilib
Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) “Özəl sektorun inkişafı” layihəsinin əməkdaşlığı çərçivəsində “Avropa və Şimali Amerika bazarlarına qida məhsullarının ixracında müasir tələblər” mövzusunda vebinar keçirilib.
Müzakirə zamanı İİTKM-in department rəhbəri Nicat Hacızadə yeni ixrac bazarları üçün beynəlxalq tələblər haqqında məlumatlılığın və maarifləndirmənin davamlı aparılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə istehlakçıların sağlam qidalanmasına yönəlik tədbirlər, habelə xarici ticarət zamanı keyfiyyət tələblərinin gözlənilməsi və əməl edilməsi ölkələr arasındakı qarşılıqlı inam və etibarı artırır ki, bu da yerli ixracatçıların qərb bazarlarında keyfiyyət üstünlüyə səbəb olacaqdır.
USAID Azərbaycanın standartlaşma və sertifikasiya üzrə mütəxəsisi Fuad Ağayev, beynəlxalq ticarət məsələləri üzrə mütəxəsis Elşən Baloğlanov Avropa və Şimali Amerika bazarlarında tətbiq edilən müasir standartlar haqqında iştirakçılara məlumat veriblər. Həmçinin Avropa və Şimali Amerika bazarlarında qida təhlükəsizliyi, bitki mühafizəsi və keyfiyyətə nəzarət sahəsində mövcud olan tələblər haqqında ətraflı məlumatlar verilib, tələb edilən qaydaların tətbiqinə dair müzakirələr aparılıb. Xüsusən, HACCP və Global G.A.P standartlarının üstünlükləri, Avropa və Şimali Amerika bazarlarında qida sahəsində risk əsaslı idarəetmənin təşkili və yeni tələblər, meyvə-tərəvəz sahəsində ekspertiza, laboratoriya nümunələri və s. haqqında məlumatlar dinləyicilərin diqqətinə çatdırılıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd sahibkarlar arasında qida sahəsində istehsalın yüksək keyfiyyət indikatorlarına uyğunlaşdırılmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və onlara qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.


Ekspert yazıları
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”