Vüsal Qasımlı: “Son 19 ildə iqtisadiyyat 3,4 dəfə böyüyüb”
Son 19 ildə Azərbaycanın Ümumi Daxili Məhsul istehsalı 3,4 dəfə artıb. Bu barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, 2003-cü ilə nisbətən 2021-ci ildə qeyri-neft-qaz sektoru üzrə Ümumi Daxili Məhsul istehsalı 3,1 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 3,6 dəfə artıb. Bu illər ərzində iqtisadiyyatın digər sahələrində də əhəmiyyətli artım baş verib: Kənd təsərrüfatı məhsulu 2 dəfə, yük daşınması 1,8 dəfə, sərnişin daşınması 1,3 dəfə və informasiya və rabitə xidmətlərinin həcmi 15,4 dəfə artıb.
V.Qasımlı bildirib ki, iqtisadiyyatın artımında sərmayə qoyuluşu əhəmiyyətli rol oynayıb: “2003-2021-ci illərdə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,7 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4,1 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Bu ilin göstəricilərini də nəzərə alanda Azərbaycanca son 19 ildə 300 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Xarici investisiyalar 2,2 dəfə artıb. 2004 - 2021-ci illərdə Azərbaycana 142,0 milyard ABŞ dolları həcmində xarici investisiya qoyulub. Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar 7,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179,5 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2004-2021-ci illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 28,3 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, iqtisadiyyatın kreditləşdirilməsi 25,5 dəfə yüksəlib.”
İqtisadçı professorun sözlərinə görə, iqtisadi imkanlar artdıqca 2003-2021-ci illərdə dövlət büdcəsinin gəlirləri 21,6 dəfə, xərcləri isə 22,2 dəfə artıb: “Bu da imkan verib ki, əhalinin sosial rifah halı yaxşılaşsın. 2003-2021-ci illərdə əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi real ifadədə 5,1 dəfə artıb. Əhalinin nominal gəlirləri 10,0 dəfə və əhalinin banklardakı əmanətləri 36,7 dəfə artıb. 2021-ci ilin yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqı 2003-cü ilin yanvar-dekabr aylarına nisbətən 9,5 dəfə və pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə yüksəlib. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10,0 dəfə artıb. 2003-2021-ci illərdə əhalinin sayı 1807,3 min nəfər və ya 21,7 faiz artıb.”
V.Qasımlı qeyd edib ki, 2003-2021-ci illərdə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb: “Xarici ticarət dövriyyəsi 6,5 dəfə, o cümlədən, idxal 4,5 dəfə, ixrac 8,6 dəfə artıb. Qeyri-neft-qaz məhsullarının ixracı isə 7,3 dəfə çoxalıb”.

Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib