“Startup School - 2” layihəsinə sənəd qəbulu başlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə “AI for Karabakh” (Qarabağ üçün süni intellekt) devizi ilə “Startup School 2” layihəsinə start verir.
Startaplara təqdim edilən imkanlar:
- ABŞ, İngiltərə, Türkiyə, Rusiya və Azərbaycandan olan mentorlar tərəfindən təlim;
- Kursu bitirən bütün startaplara beynəlxaq səviyyəli sertifikat;
- I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı;
- I, II və III yerlərin qaliblərinə Dövlət Məşğulluq Agentliyi tərəfindən dəstək;
- 6 layihəyə Türkiyədə OSTİM Texnologiya Mərkəzində praktiki təlimlərdə iştirak imkanı;
- 6 layihəyə SABAH.HUB-ın mentorluq proqramında iştirak imkanı;
- Seçiləcək layihələrin “Startap şəhadətnaməsi” üçün müraciətinə KOBİA tərəfindən sürətləndirilmiş dəstəyin göstərilməsi.
Layihəyə 1 fevral 2024-cü il tarixindən hər hansı ali təhsil müəssisəsini təmsil edən, süni intellekt ilə bağlı layihəsi və ya ideyası olan hər kəs (fərdi və ya komanda şəklində) müraciət edə bilər. Nəzərinizə çatdırırıq ki, tədris ingilis dilindədir.
Daha ətraflı məlumat və qeydiyyat üçün www.startupschool.az və ya https://enterpriseazerbaijan.gov.az/ saytlarına daxil olun.
LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!




Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti