İİTKM-də Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı ilə Qiymət İzləmə Sisteminin (QİS) tətbiqi ilə bağlı müvafiq dövlət qurumlarının iştirakı ilə onlayn görüş keçirilib. Görüşdə “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrupun oktyabr ayında keçirilmiş iclasının nəticəsi olaraq aidiyyəti dövlət qurumlarına verilmiş tapşırıqların icrası istiqamətində müzakirələr aparılıb.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı QİS-in analitik çərçivəsi, əhatə edəcəyi məlumatlar və müvafiq dövlət qurumları arasında inteqrasiya istiqamətində görüləcək işlərlə bağlı məlumat verib. Bildirilib ki, QİS-in tətbiqi idxal-topdansatış-pərakəndə ticarət və yerli istehsal-topdansatış-pərakəndə satış zəncirlərində qiymət dəyişikliklərini izləməyə imkan verəcək və müvafiq dövlət qurumları üçün mühüm qərar qəbuletmə aləti rolunu oynayacaq. QİS müxtəlif dövlət qurumları və özəl qurumların məlumat bazalarının dataları əsasında qiymətlərin formalaşma nöqtələrini müəyyənləşdirmək imkanı verəcək. Sistemin yaradılması ilə müxtəlif dövlət qurumlarına və özəl məlumat təchizatçısına yığılan məlumatlar vahid bazaya inteqrasiya olunacaq və texniki uyğunluğu aparılacaq. Bu yolla müxtəlif mənbələrdən toplanan məlumatların analitik təhlilini aparmaq mümkün olacaq.
Bundan əlavə, görüşdə yaradılması nəzərdə tutulan rəqəmsal QİS-ə inteqrasiya olunmalı məlumatların strukturu, həmçinin layihənin icrası çərçivəsində nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu