![“Enterprise Azerbaijan”ın rəhbərliyi Nevada ştatının rəsmi qurumlarında görüşlər keçirib](https://ereforms.gov.az/files/news/full/9fdda642e0c33d26bb69ce9ed8bc384a.jpeg)
“Enterprise Azerbaijan”ın rəhbərliyi Nevada ştatının rəsmi qurumlarında görüşlər keçirib
ABŞ-da səfərdə olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva orada bir sıra işgüzar görüşlər keçirib. O, Nevada Qubernatorluğunun İqtisadi İnkişaf İdarəsinin direktor müavini Bob Potts, Şimali Nevada İnkişaf Təşkilatının icraçı direktoru Cef Sutiç və direktor müavini Tatyana Vukoviç ilə keçirdiyi görüşdə “Enterprise Azerbaijan” barədə ətraflı məlumat verib və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Qeyd edək ki, “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərova ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş “Reno startap həftəsi”ndə (Reno Startup Week) iştirak ediblər. Startap həftəsinə “Enterprise Azerbaijan” portalının təşkil etdiyi birinci “Startup School” layihəsinin qalibi olmuş “Abroadventure” startapının nümayəndələri də qatılıblar.
![“Enterprise Azerbaijan”ın rəhbərliyi Nevada ştatının rəsmi qurumlarında görüşlər keçirib](https://ereforms.gov.az/files/news/images/full/c7dfafc65162356a77c57395.jpeg)
![“Enterprise Azerbaijan”ın rəhbərliyi Nevada ştatının rəsmi qurumlarında görüşlər keçirib](https://ereforms.gov.az/files/news/images/full/229f0c4d94eea48a96895876.jpeg)
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri
Azərbaycan Türk dünyasında ticari-iqtisadi potensialın artırılmasında əsas drayverlərdəndir
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
İİTKM-in şöbə müdiri Təranə Salıfova: "Qarabağda bayrağımızın ucaldılması ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək"