Azranking.az: “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib
Sentyabrın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Energetika nazirinin müavini, İşçi qrupun rəhbəri Samir Vəliyev iclası açıq elan edərək gündəlikdə duran məsələləri təqdim edib. Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə Dünya Bankının “B-Ready” hesabatının metodologiyasına uyğun olaraq qanunvericilik sahəsində mümkün islahatlar haqqında danışıb.
İclasda müvafiq hesabatın “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində cari ilin üçüncü rübü ərzində yekunlaşdırılmalı olan tədbirlərin icra vəziyyətinə dair məruzə dinlənilib.
Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoruna dair sorğunun cavablandırılması və işçi qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı görülmüş işlər barədə məlumat verilib. Enerji təchizatı şəbəkəsinə qoşulma üzrə elektron müraciətlərin statistikası nəzərdən keçirilib, elektron müraciətlərin təşviqi strategiyaları, həmçinin bu sahədə məlumatların ictimailəşdirilməsi üzrə müzakirələr aparılıb.
Görüş iclasın gündəliyində duran digər mövzular ətrafında səmərəli müzakirələrlə yekunlaşıb. İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC, həmçinin işçi qrupuna üzv olan digər dövlət təşkilatlarının nümayəndələri iştirak edib.









Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu