Vüsal Qasımlı Asiya İnkişaf Bankının icraçı direktoru ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında Azərbaycan da daxil olmaqla 11 ölkəni təmsil edən icraçı direktor Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vüsal Qasımlı əvvəlcə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, eləcə də Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, AİB-in özəl sektorun inkişaf etdirilməsi, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi məqsədi daşıyan 2019–2023-cü illər üzrə Ölkə Tərəfdaşlığı Strategiyası Azərbaycan hökumətinin strateji yol xəritələri ilə sıx uyğunlaşdırılıb. O, əlavə edib ki, AİB-in 2024-2028-ci illər üçün yeni Ölkə Tərəfdaşlığı Strategiyası da "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" ilə uyğunlaşdırılır. Həm strateji yol xəritələrinin, həm də sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq və qiymətləndirilməsini həyata keçirən İİTKM bu baxımdan AİB-lə yaxından əməkdaşlıq edir. Xüsusən də “Böyük Qayıdış” proqramının gerçəkləşdirilməsi, həmçinin rəqəmsal və yaşıl həllərin önə çıxması AİB-lə əməkdaşlıqda yeni səhifə açır. V.Qasımlının sözlərinə görə, struktur islahatları, eləcə də nəticə əsaslı büdcə və proqram idarəetməsi sahələrində əməkdaşlıq imkanları genişdir. Azərbaycanın 2003-cü ildən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində əməkdaşlığa böyük töhfə verdiyini deyən V.Qasımlı yeni geosiyasi şəraitdə Orta Dəhlizin infrastrukturunun gücləndirilməsinin vacibliyini də vurğulayıb.
Reyçl Tompson isə öz növbəsində Azərbaycanla qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycanda daha əvvəllər də iş təcrübəsinə malik olduğunu, ölkənin hərtərəfli inkişafı üçün yaradılan şəraitlə yaxından tanış olduğunu bildirib. AİB-in icraçı direktoru işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri ilə tanış olmaq məqsədilə Ağdama səfər etdiyini və orada aparılan işləri təqdir etdiyini vurğulayıb. Xanım Tompson bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla dövlət-özəl tərəfdaşlığı, investisiya qoyuluşları və insan kapitalının inkişafı, eləcə də ətraf mühitin mühafizəsi də daxil olmaqla, bir çox istiqamətlər üzrə əlaqələrin genişləndirilməsində maraqlıdır.









Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir