Rəqəmsal İdarəetmə Platforması”ndan istifadə və Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkilinə dair tələblər” mövzusunda iclas keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının katibləri üçün videokonfrans formatında “Rəqəmsal İdarəetmə Platforması”ndan istifadə və Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkilinə dair tələblər” mövzusunda maarifləndirici iclas keçirilib.
İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında Baş nazirin birinci müavininin xidmətinin baş məsləhətçisi Vüqar Əmrəliyev çıxış edərək Komissiyanın yeni “Rəqəmsal İdarəetmə Platforması”nın artıq istifadəyə verildiyini, bu Platformanın işçi qrupların üzvlərinin onun fəaliyyətində aktiv və sistemli iştirakını təmin etməklə yanaşı, Komissiyanın fəaliyyətində səmərəliliyin, operativliyin, eləcə də şəffaflığın daha da artırılmasına imkan verəcəyini vurğulayıb və işçi qrupları tərəfindən müvafiq sənəd dövriyyəsinin qeyd olunan Platforma üzərindən həyata keçirilməsinin zəruriliyini işçi qrupların katiblərinin diqqətinə çatdırıb.
Görüş zamanı “Rəqəmsal İdarəetmə Platforması”nın yaradılmasında iştirak edən “Datum” MMC-nin layihə rəhbəri Nüsrət Məmmədov Platformadan praktiki istifadəyə dair maarifləndirici təqdimatla çıxış edərək, iclas iştirakçılarına platforma barədə ətraflı məlumat verib. Eyni zamanda Platformada sənəd dövriyyəsin mərhələlərini, o cümlədən bir neçə sənədin yaradılaraq aidiyyəti üzrə göndərilməsi prosesini əyani olaraq katiblərə nümayiş etdirib.
İnteraktiv qaydada keçirilən iclas zamanı Platformadan istifadə ilə bağlı iştirakçıların sualları cavablandırılıb və görüşdə Platformanın təkmilləşdirilməsinə dair təkliflər səsləndirililib.
Daha sonra, Vüqar Əmrəliyev tərəfindən “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili Qaydası”nda işçi qrupların və onların katiblərinin qarşısına qoyulmuş vəzifələr barədə, o cümlədən işçi qrupların tərkibinə dair tələblər, işçi qrupların iclaslarının keçirilməsi qaydası barədə, eləcə də onlara riayət edilməsi vəziyyətinə dair iclas iştirakçılarına ətraflı məlumat verilib və bu Qaydanın tələblərinə ciddi riayət olunmasının zəruriliyi katiblərin diqqətinə çatdırılıb.
Qarşılıqlı müzakirələr çərçivəsində davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, fəaliyyətlərində qarşılaşdıqları məsələlərə dair onlara ətraflı izahat verilib.
Sonda işçi qrupların rəhbərləri və katibləri tərəfindən də işçi qrupun üzvləri üçün “Rəqəmsal İdarəetmə Platforması”ndan istifadə ilə bağlı maarifləndirici görüşlərin keçirilməsi tövsiyə edilib.






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir