Türk dövlətləri ilə əməkdaşlıq Azərbaycanın iqtisadi gücünü artıracaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirakının iqtisadi əhəmiyyətini təhlil edib. O bildirib ki, Türk Dövlətləri Təşkilatına (TDT) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi ölkə rolunda qatılırlar: “2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan ilə TDT arasında 4,6 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatları həyata keçirilib. Bu dəyər Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 13%-ni təşkil edir. TDT-yə daxil olan ölkələr arasında Türkiyə Cümhuriyyəti 84% ilə ilk sırada yer alır. Digər yerləri Qazaxıstan (8%), Türkmənistan (5%), Özbəkistan (3%), Macarıstan və Tacikistan (birgə 1%) tutur”.
Türkiyə Cümhuriyyətinin siyahıda ilk sırada olması enerji ticarətinin dövriyyəsi ilə əlaqədardır. Habelə, Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir. Azərbaycanın təbii qaz ixracının 17%-i, xam neftin isə 1%-i Türkiyə Cümhuriyyətinə ixrac edilir. Türkiyədən başqa TDT-də müşahidəçi ölkə rolunda çıxış edən Macarıstana ixracda 530 min ABŞ dolları dəyərində neft məhsulu ixrac edilir ki, bu da ümumi ixracın yarısını təşkil edir. Türkiyə ilə Azərbaycan arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi də yüksəlməkdədir. Azərbaycanın qeyri-neft ixracına liderlik edən pambıq və kimya sənayesi məhsullarının böyük hissəsi qardaş ölkəyə ixrac edilir.
Azərbaycanın Macarıstan istisna olmaqla digər Türk dövlətləri ilə azad ticarət sazişləri və Türkiyə ilə preferensial ticarət sazişi mövcuddur.
Türkiyə və Macarıstan Türk Dövlətləri Təşkilatı arasında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr sırasındadır. Belə ki, 2022-ci ilin ilk 6 ayı ərzində Türkiyə Cümhuriyyəti Azərbaycan iqtisadiyyatına 480,8 milyon, Macarıstan 5,1 milyon, Qazaxıstan isə 3,5 milyon ABŞ dolları birbaşa xarici sərmayə yatırıb.
Azərbaycanlı investorlar tərəfindən isə Türkiyə Cümhuriyyətinə 59,7 milyon ABŞ dolları və Özbəkistan iqtisadiyyatına isə 8 milyon ABŞ dolları sərmayə yatırılıb.




Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti