Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə xarici ticarət dövriyyəsi 570,8 milyon ABŞ dolları təşkil edib
Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı həm ərəb ölkələri ilə gələcək xarici iqtisadi və ticari münasibətlərin gücləndirilməsi, həm də mövcud potensialın artırılması baxımından əhəmiyyətlidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirir ki, son on il ərzində Azərbaycanın ərəb ölkələri ilə siyasi-diplomatik münasibətlərinin daha da yaxşılaşması investisiya və ticarət əlaqələrinin artması ilə nəticələnib: “Ərəb Liqasına daxil olan ölkələrin bir hissəsi iqtisadi cəhətdən yoxsul, digər bir hissəsi iqtisadi cəhətdən varlı ölkələrdir. Hər iki amil Azərbaycanın gələcək ticarət strategiyasının həyata keçirilməsində mühüm rol oynayacaqdır. Azərbaycanın bitki və heyvan mənşəli, hazır ərzaq məhsulları iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr üçün potensial bazardır. Zəngin neft-qaz resurslarına malik olan ərəb ölkələrinin bazarında ciddi rəqabətin olması şübhə doğurmur. Sözügedən ölkələrin ərzaq məhsullarına olan tələbini nəzərə alaraq, ərəb ölkələrinə ixracı diversifikasiya etmək mümkündür. Cari dövr ərzində bir sıra ərəb ölkələrinə neft məhsullarının ixracı da mühüm hadisədir. Belə ki, xam neftin emal edilərək müxtəlif məhsullar şəklində ixracından gəlirlərin əldə edilməsi, habelə xam neftdən xammal kimi istifadə edərək kimya sənayesi məhsullarının Ərəb Dövlətləri bazarına ixracı gələcək xarici ticarət dövriyyəsinin artmasına müsbət təsir edəcək.”
Nicat Hacızadə bildirib ki, Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə xarici ticarət dövriyyəsi 2022-ci ilin 8 aylıq göstəricilərinə əsasən 570,8 milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsində Tunis (72,3%), Birləşmiş Ərəb Əmirlikləri (13%), Liviya (4%) ən yüksək paya malik ilk üç ölkədir. Adıçəkilən ölkələrə ixracın əksəriyyətini xam neft və neft məhsulları təşkil edir.
2022-ci ilin 8 ayı ərzində Tunisə 408,4 milyon ABŞ dolları dəyərində xam neft ixrac edilib. Həmin ölkədən cəmi 4,2 milyon ABŞ dolları dəyərində idxal həyata keçirilib. Həyata keçirilən idxalın 30%-ni xurma təşkil edir.
Birləşmiş Ərəb Əmirliklərinə 2022-ci ilin 8 ayı ərzində 52 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib ki, bu dəyərin 79%-i neft məhsullarının payına düşür. Tunisə ixrac edilən qeyri-neft məhsulları arasında əsas yeri "şokolad və ondan hazırlanan digər məmulatlar, ətir və polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı maddələr" təşkil edir.
2022-ci ilin 8 ayı ərzində Azərbaycan Liviyaya 27,5 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Həyata keçirilən ixracın 99%-ni neft məhsulları təşkil edir.
Qeyd edək ki, Ərəb Liqası Ölkələri ən çox xarici ticarət dövriyyəsinə malik olsa da bu dövr ərzində cəmi 4 əmtəə növü üzrə ticarət aparılıb.
Ərəb Dövlətləri Liqası arasında iqtisadi gücünə görə fərqlənən Səudiyyə Ərəbistanı ilə xarici ticarət dövriyyəsi 12,2 milyon ABŞ dolları dəyərindədir. İxracın əsas hissəsini hazır qida məhsulları təşkil edir. Ərəb ölkəsində edilən idxalın isə əsas hissəsini qurudulmuş xurma, plastmas və ondan hazırlanan məmulatlar əhatə edir.

Ekspert yazıları
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
"Azerbaijan’s Admission to the D-8: Strengthening Economic Cooperation with Global Potential"
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
2024-cü ilin birinci yarısı üçün Türk Dövlətlərinin İqtisadi Görünüşü: Artım, Ticarət və İnvestisiya Trendləri
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi