Vüsal Qasımlı: Buxarest Sazişi Qarabağda “netto sıfır emissiya” zonasının yaradılmasına töhfə verəcək
Prezident İlham Əliyevin Ruminiyaya səfəri çərçivəsində dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Saziş imzalanıb. Bu Saziş Azərbaycanın bir enerji ölkəsi kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, həmçinin Avropanın 2050-ci ilə qədər “yaşıl enerji” ilə bağlı məqsədlərinə çatmasında böyük rol oynayacaq. Prezident İlham Əliyev bu tarixi hadisəni dəyərləndirərkən Sazişin “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində atılan mühüm addım olmasını vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mövzu ilə əlaqədar fikirlərini bölüşüb.
Vüsal Qasımlı bildirib ki, Azərbaycandan Avropaya uzanacaq elektrik xətləri “yaşıl körpü” rolunu oynayaraq regionun enerji xəritəsini yenidən şəkilləndirəcək. Ölkəmiz Avropa İttifaqının etibarlı enerji tərəfdaşı kimi neft və təbii qazdan sonra bərpaolunan enerjinin təchizatı istiqamətində də mühüm tərəfdaşa çevriləcək: “Azərbaycan tarixən neft və qaz ölkəsi olsa da, bərpaolunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensialı var. Azərbaycanın bərpaolunan enerji mənbələri quruda 27 heqavat (külək və günəş enerjisi), eləcə də Xəzər dənizinin ölkəmizə məxsus hissəsində 157 heqavat külək enerjisi olmaqla, Avropa ölkələrinə “yaşıl enerji”nin təchiz edilməsi və Avropanın enerji resurslarının şaxələndirilməsi üçün kifayət qədər potensiala malikdir”.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfə olaraq 2050-ci ilə qədər könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılması və işğaldan azad olunmuş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması üzrə ölkəmiz öhdəlik qəbul edib və imzalanan Saziş Azərbaycan üçün bu öhdəliklərin reallaşmasına da töhfəsini verəcək.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində ölkənin “yaşıl enerji” məkanına çevrilməsi istiqamətində müəyyənləşən tədbirlər göstərir ki, Azərbaycanda ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpaolunan enerji mənbələrindən istifadə genişləndirilməklə ölkənin tələbatı ilə yanaşı, “yaşıl enerji” təchizatçısına çevrilməsi planlaşdırılır.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması yüksək qiymətləndirilir.
“Enerji sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi istiqamətində bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Prezident İlham Əliyevin enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalaması bir daha Azərbaycanla əməkdaşlığın xüsusi önəmini göstərdi. İmzalanan Sazişin əhəmiyyətini dəyərləndirərkən qeyd edək ki, Azərbaycanın “yaşıl enerji” ixracı imkanları Xəzər dənizi ilə Qara dəniz arasında “yaşıl körpü”nün əsasını qoyur”, - deyə Vüsal Qasımlı bildirib.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
İİTKM-in şöbə müdiri Təranə Salıfova: "Qarabağda bayrağımızın ucaldılması ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək"