Enterprise Azerbaijan-ın Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterprise Azerbaijan portalının ABŞ-ın Nevada Universiteti ilə əməkdaşlıq çərçivəsində yaratdığı “StartUp School” layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. “StartUp School” layihəsinin növbəti mərhələsində görüləcək işlərə dair onlayn müzakirə təşkil olunub.
Onlayn müzakirədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Tosun, Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva və məktəbin yaradılmasında iştirak edən Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, İsraildən, Polşadan və Azərbaycandan olan ekspertlər layihə ilə bağlı ilkin təqdimatı müzakirə ediblər.
Təqdimatın ardınca “StartUp School” üçün tədris kurikulumu və sillabuslar təhlil olunub, yeni yaradılan saytın iş prinsipləri müzakirə olunub. Aparılan danışıqların yekun qərarına görə qeydiyyat və tədrisə başlamaq üçün son tamamlama işləri həyata keçiriləcək.
Startap məktəbinin tərəfdəşları həm də Türkiyənin OSTİM Texnologiya Universitetinin “Sahibkarlıq və Liderlik Mərkəzi”, İsrail Azərbaycan Ticarət və Sənaye Palatası, Azərbaycandan KOBİA, Dövlət Məşğulluq Agentliyi, “Sabah.lab” İnkubasiya və Akselerasiya Mərkəzidir.









Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu