“Azexport.az” portalı “Bir məhsul, iki bazar” adlı beynəlxalq forumda təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport portalının rəhbəri Ayxan Qədəşov Azərbaycan - Türkiyə ticarət əlaqələrinin genişləndirilməsinə həsr olunan beynəlxalq onlayn forumda iştirak edib. A.Qədəşov sahibkarlar üçün yaradılan müasir rəqəmsal həll yollarına dair məlumatlar təqdim edib. O, həmçinin, Azexport.az internet portalında yerləşdirilən “Made in Azerbaijan” məhsullarının rəqəmsal təqdimatını həyata keçirib.
Forumda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının rəhbəri Hasan Basri Kurt açılış nitqi ilə çıxış ediblər. Həmçinin hər iki ölkənin özəl və dövlət qurumlarının nümayəndələri qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsinə yönəlik təqdimatlarla çıxış ediblər.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”