İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub
Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyətə başlamasının 9 illiyi münasibətilə görüş keçirilib.
İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib ki, Mərkəz 9 illik dövrdə monitoriq və qiymətləndirmə, iqtisadi təhlil, beynəlxalq əməkdaşlıq, innovativ layihələr, kommunikasiya və digər istiqamətlərdə uğurla fəaliyyət göstərib. Hazırda 20-dən artıq dövlət proqramı, fəaliyyət planı, strategiya və digər sənədlərin icrasının monitorinq və qiymətləndirilməsi həyata keçirilir. İİTKM komandası bütün dövlət qurumları ilə koordinasiyalı əməkdaşlıq quraraq qısa müddətdə 100-dən artıq monitorinq və qiymətləndirmə hesabatının hazırlanmasına nail olub. Bu nəticə Mərkəzin yüksək peşəkarlığı və səmərəli fəaliyyəti ilə birbaşa bağlıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təkcə Azərbaycanı deyil, Cənubi Qafqazı və Mərkəzi Asiyanı beynəlxalq beyin mərkəzləri platformalarında, o cümlədən T20 və T7 səviyyəsində uğurla təmsil edir.
Sonda İİTKM-in yaradılmasının 9 illiyi münasibətilə əməkdaşlar təşəkkürnamə ilə təltif olunublar.





Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti