İİTKM-də Elman Nəsirovun könüllülərlə görüşü keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Milli Məclisin deputatı Elman Nəsirov könüllülərlə görüş keçirib. "İlham Əliyev: tarixi şəxsiyyət və qlobal lider" mövzusunda çıxış edən millət vəkili Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq arenada qazandığı nailiyyətlər barədə danışıb. O bildirib ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət istər regional, istər qlobal səviyyədə dövlətimizin nüfuzunu və strateji mövqeyini gücləndirib.
Elman Nəsirov ölkənin gələcəyində gənclərin oynadığı rolu, insan kapitalının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin, Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil etmələrinin vacibliyini qeyd edib.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat könüllüləri ilə yanaşı, Miqrasiya könüllüləri, İnnovasiya könüllüləri, Bir Könüllü, Turizm könüllüləri və Mədəniyyət könüllüləri təşkilatlarının üzvləri də iştirak ediblər. Milli Məclisin deputatı gənclərin suallarını cavablandırıb, onları maraqlandıran məsələləri ətraflı şərh edib.
Sonda qonağa İİTKM-in nəşri olan “Türk dövlətləri iqtisadiyyatı” kitabı təqdim olunub.









Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti