“Azexport” profilaktik vasitələrin ixracına sərbəst satış sertifikatı verib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Azərbaycanda istehsal olunan “vitamin D3”, “boğaz spreyi” və digər profilaktik vasitələrin ixracına sərbəst satış sertifikatı (Certificate of Free Sale) verib. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, cari ildə ölkəmizdə istehsal olunan qida əlavələrinə və vitaminlərə xarici alıcıların marağı artıb. İxracatçıların müraciətləri əsasında, həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulan profilaktik vasitələrin ixracına sərbəst satış sertifikatları verilib.
Ayxan Qədəşov onu da qeyd edib ki, sərbəst satış sertifikatı bəzi ölkələrdə fərqli adlarda təqdim olunur. Buna misal olaraq “Certificate of Marketability”, “Certificate of Export and Free Sale”, “Free Sale & Commerce Certificate”, “Certificate for Export Commodity Inspection” kimi adları qeyd etmək olar. Adlar fərqli olsa da, eyni mənanı və funksiyanı daşıyan və ölkəmizdə “Azexport” portalı tərəfindən təqdim olunan sərbəst satış sertifikatıdır.






Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu