
Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Türkiyənin Nişantaşı Universitetinin təşkil etdiyi “II Beynəlxalq Enerji Konqresi”nə qatılıb. Onlayn konfransın "Bərpa olan enerji və texnologiyalar" mözusunda panel müzakirəsində Ramil Hüseyn “Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə” (Azerbaijan-Türkiye Europe Green Energy Corridor: From Idea to Reality) mövzusunda çıxış edib.
Ramil Hüseyn Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Üniversitesində olan təcürbəçisi İrem Özgeriş ilə birgə apardığı tədqiqat barədə iştirakçılara məlumat verib. O, Azərbaycanın “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı hədəflərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Ramil Hüseyn hazırda Azərbaycanın müasir texnologiyalardan da istifadə edərək 3 yaşıl enerji dəhlizinin - “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” layihələrinin reallaşması istiqmətində iş apardığını vurğulayaraq 2024-cü ildə bu sahədə ciddi irəliləyişə nail olduğunu qeyd edib. Bildirib ki, HVDC kabellərdən (yüksək gərginlikli sabit cərəyan kabelləri) istifadə olunaraq reallaşdırılması hədəflənən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin ideyadan gerçəkliyə çevrilməsi “təmiz enerji”yə keçid prosesinin sürətləndirilməsinə töhfə verəcək, ölkələrimiz arasında “yaşıl enerji” sahəsindəki əməkdaşlığı dərinləşdirəcək.

Ekspert yazıları
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək