“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun iclası keçirilib
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı “İnklüziv sosial inkişaf və sosial təminat” üzrə İşçi qrupun iclası keçirilib. Videokonfrans formatında təşkil olunan iclasda Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” (“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti) məqsədləri üzrə 2024-cü ilin birinci yarısında görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabat müzakirə edilib.
İşçi qrupun sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qeyd olunan məqsədlər üzrə tədbirlərin, sosial proqramların ildən-ilə genişləndirildiyini və bu il də həmin istiqamətdə mühüm addımların atıldığını bildirib. Aparılan sosial islahatların nailiyyətləri diqqətə çatdırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov Strategiyanın 2024-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində birinci yarımillikdə həyata keçirilən tədbirlər, icrası tamamlanmış və ya davam edən işlər barədə məlumat verib, əsas çağırış və tövsiyələri vurğulayıb.
Sonra İşçi qrupun sədr müavini, İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” məqsədi üzrə üç fəaliyyət istiqamətində görülən işlərə dair hesabatı təqdim edib. “Əməkhaqqı sisteminin təkmilləşdirilməsi”, “Özəl sektorda məşğulluğun inkişafının stimullaşdırılması” və “Məşğulluğun səmərəliliyinin artırılması” məqsədlərinin icrası ilə bağlı aparılan monitorinq və qiymətləndirmə nəticəsində əsas çağırışlar və tövsiyələr diqqətə çatdırılıb. Sonra “Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət” məqsədi üzrə fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb. “Aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinə əlavə imkanların yaradılması”, “Pensiya təminatı sisteminin maliyyə dayanıqlılığının təmin edilməsi və pensiyaçıların dövlət təminatının əhatəliliyinin genişləndirilməsi” və “Sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərlə təminatının artırılması” məqsədləri üzrə görülmüş işlərə dair İşçi qrupun üzvləri tərəfindən müzakirələr aparılıb, təkliflər səsləndirilib.
“İnklüziv sosial inkişaf və sosial təminat” üzrə İşçi qrupda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs, Mərkəzi Bank, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Gənclər Fondunun rəhbər şəxsləri təmsil olunurlar.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Zənurə Talıbova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Cəlbedici investisiya mühitinin əldə edilməsində korporativ idarəetmənin rolu
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır