
“Green Talk”: Davamlı inkişaf və yaşıl bankçılıq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Green Talk” layihəsi çərçivəsində növbəti təlim keçirilib. “İslahat Könüllüləri”nin təşəbbüsü ilə İİTKM-in Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Yusif Məmmədov "Davamlı inkişaf və yaşıl bankçılıq" mövzusunda təqdimatla çıxıb edib.
Y.Məmmədov gənclərə “yaşıl bankçılıq” anlayışı, əsas prinsipləri və komponentləri, yaşıl bankçılığın ekoloji, iqtisadi və sosial faydaları, yeni texnologiyaların tətbiqi haqqında ətraflı məlumat verib. Həmçinin, yaşıl bankçılıqla ənənəvi bankçılığın fərqləri və üstünlükləri haqqında danışıb.
Təqdimat zamanı Y.Məmmədov tələbərlə yaşıl bankçılıq sahəsində ABŞ, Almaniya, Çin, Yaponiya və digər ölkələrin təcrübələrini bölüşüb və müxtəlif ölkələrin, maliyyə institutlarının enerji səmərəliliyi və yaşıl bankçılıq layihələrinə olan investisiyalarını təqdim edib. Təlimdə həmçinin Azərbaycanda yaşıl bankçılığın inkişafı, mövcud vəziyyət və perspektivlərə dair əsas məqamlar izah olunub. İnteraktiv keçən görüşdə gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.
Qeyd edək ki, "Green Talk" layihəsinin əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə “yaşıl” düşüncənin formalaşmasına dəstək olmaqdır.





Ekspert yazıları
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya və rifah: Kimə nə vəd edir?
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq