“İslahat Könüllüləri”nin təşəbbüsü ilə millət vəkili Aqil Məmmədovla görüş keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İslahat Könüllüləri”nin təşəbbüsü ilə Azərbaycan könüllüləri və tələbələrinin millət vəkili Aqil Məmmədov ilə “Yaşıl dünya naminə həmrəylik” mövzusunda görüşü keçirilib.
Görüşdə deputat Aqil Məmmədov əvvəlcə ictimai, siyasi və tarixi əhəmiyyətə malik Milli Qurtuluş Günü, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilmiş mütərəqqi islahatlar, ardıcıl və məqsədyönlü iqtisadi və sosial siyasət barədə gənclərə məlumatlar verib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Nəticədə, Azərbaycan beynəlxalq müstəvidə artan nüfuza malik ölkədir.
A.Məmmədov, o cümlədən, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji” zonası elan olunması, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan edilməsi və bu sahədə görülmüş işlər haqqında danışıb.
Daha sonra İİTKM-in şöbə müdiri Aqil Əsədov çıxış edərək, gənclərə cəmiyyətdə yaşıl münasibətlərin və yaşıl düşüncənin formalaşmasının əhəmiyyətini qeyd edib.
İnteraktiv keçən görüşdə gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, millət vəkilinə suallar ünvanlayıblar.
Qeyd edək ki, görüşdə "MEDİA Könüllüləri" proqramı, "Bir Könüllü" Tələbə Təşkilatı, "Ailəm könüllüləri" proqramı, Ekokönüllü, "Miqrasiya könüllüləri", "SOCAR könüllüləri", "Regional İnkişaf" İctimai Birliyinın könüllüləri iştirak edib.






Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu