Vüsal Qasımlı Azərbaycanşünaslığın aktual məsələlərinin öyrənilməsini hədəfləyən beynəlxalq elmi konfransda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Bakı Slavyan Universitetində (BSU) keçirilmiş və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə. Yeni dövrün Azərbaycanı” mövzusunda XV beynəlxalq elmi konfransda çıxış edib.
Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı “Qarabağ və Şərqi Zəngəzur: Böyük Qayıdış kontekstində” mövzusu üzrə çıxışında Böyük Qayıdışın iqtisadi modelləri haqqında geniş məlumat verib. Professor Vüsal Qasımlının Qarabağ və Şərqi Zəngəzurun resurslarının səmərələri istifadəsi, regionda sürətli iqtisadi inkişaf və sənaye modelləri, o cümlədən ətraf mühitin qorunması ilə ağıllı şəhər və qəsəbələrin salınmasına dair işlər haqqındakı interaktiv təqdimatı konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Yeni dövr Azərbaycanşünaslığının mühüm məsələlərindən birinə çevrilmiş “Böyük qayıdış”-ın yalnız Qarabağ və Şərqi Zəngəzura geri qayıdış olmamaqla, tarixdə ilk dəfə olaraq Azərbaycan xalqının öz ruh və tarixi məkanlarına geri dönüşü olduğuna görə bir çox istiqamətlərlə yanaşı milli kimliyin yeni tərkibi kimi də öyrənilməsinin əhəmiyyətini qeyd edən BSU-nun rektoru Anar Nağıyev növbəti konfransadək bu istiqamətdə də elmi tədqiqat işlərinin genişləndiriləcəyini bildirib.
Konfransın plenar iclasında başlanılmış müzakirələr eyni istiqamətlər üzrə təşkil edilmiş bölmələrdə Azərbaycan, Türkiyə, Özbəkistan, Polşa, Moldova, Rusiya, Qazaxıstan və digər ölkələrdən olan alimlərin iştirakı ilə davam etmiş, konfrans beynəlxalq redaksiya heyəti tərəfindən müasir tələblərə uyğun seçilərək çapa tövsiyə edilmiş məqalələrdən ibarət konfrans materialları məruzəçilərə və elm ictimaiyyətinə təqdim edilmişdir.





Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu