Azranking.az: “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib
Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun iclasında ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üçün Yol Xəritəsinin icrasının təşkili və qarşıda duran vəzifələr müzakirə edilib.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib.
Onlayn formatda təşkil olunmuş iclasda dövlət qurumlarının, eləcə də bir sıra ictimai birliklərin, yerli və beynəlxalq məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və ESG standartları üzrə alt-qrupun rəhbəri, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov alt-qrup çərçivəsində qarşıdakı dövr üzrə fəaliyyət istiqamətlərinə dair fikirlərini bölüşüblər.
İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2024-cü il üçün Yol Xəritəsi üzrə görülmüş işlərə, ESG üzrə qlobal trendlər və milli kontekstdə inkişaf məsələlərinə, ESG prinsiplərinin tətbiqi imkanlarına və qarşıda duran prioritetlərə dair təqdimatlar edilib və müzakirələr aparılıb.
Ekspert yazıları
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri
Azərbaycan Türk dünyasında ticari-iqtisadi potensialın artırılmasında əsas drayverlərdəndir
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
İİTKM-in şöbə müdiri Təranə Salıfova: "Qarabağda bayrağımızın ucaldılması ölkə iqtisadiyyatına xüsusi töhfə verəcək"
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Dövlət Başçılarının 5-ci Məşvərət görüşü regionda inteqrasiya proseslərini daha da sürətləndirəcək
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycanda 2026-cı ilə kimi sosial xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə artırılacaq
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri
Özbəkistan Prezidentinin dövlət səfəri iqtisadi münasibətlərin də dərinləşməsində yeni mərhələdir