“Startup School 2”nin növbəti təlimi süni intellekt-naviqasiya əlaqəsinə həsr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin novbəti təlimini Türkiyənin Ostim Texniki Universitetinin prorektoru, Prof. Ünsal Sığrı keçib. Onun təqdim etdiyi “Süni intellektlə startap ekosistemində naviqasiya: ideyadan sərmayəyə” (Navigating the AI Startup Ecosystem: From Idea to Investment) adlı təlim sessiyasında iştirakçılar süni intellekt startapı sferasının qurulması və inkişafının vacib elementləri haqqında məlumat əldə ediblər.
Ü.Sığrı startapın uğur qazanmasında cəlbedici dəyər təklifinin əsas rol oynadığını bildirib. O, qeyd edib ki, rəqabətdə üstünlük əldə etmək üçün rəqib startapçılar ciddi təhlil edilməlidir. Bunun üçün bazardakı boşluqların müəyyənləşdirilməsi və strategiyaların təkmilləşdirilməsi yolları öyrənilməlidir.
Təlimdə iştirakçılar gəlir əldə edilməsi və xərclərin idarə olunması üçün strategiyaları təsvir edən güclü biznes modellərinin hazırlanması haqqında məlumatlandırılıblar. Onlara süni intellekt və naviqasiya arasındakı əlaqə izah olunub, həmçinin ideyaları real təşəbbüslərə çevirmək imkanı verilib.
Təlimdə sərmayə cəlbi, süni intellekt vasitəsilə startapların inkişaf etdirildiyi sahələrdə uğur qazanmağın yolları və tələb olunan strategiya ilə bağlı innovativ yanaşmalar tələbələrin diqqətinə çatdırılıb.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”