“Startup School 2” layihəsinin ilk seçim nəticələri açıqlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin ilk seçim mərhələsinin nəticələri açıqlanıb.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva bildirib ki, müsabiqədə iştirak üçün ümumilikdə 121 layihə müraciət edib. İlk mərhələnin sonunda seçilmiş 28 layihə arasında Azərbaycan ilə yanaşı, Finlandiya, Kanada, Çexiya və Türkiyədən olan layihələr də var. Onun sözlərinə görə, Azərbaycandan seçilmiş layihələrin arasında regionda fəaliyyət göstərən universitetlərin (Naxçıvan və Lənkəran Dövlət universitetləri) tələbələri və orta məktəb (Xırdalan şəhəri, 2 saylı orta məktəb) şagirdlərinin adlarının da olması xüsusilə diqqətəlayiqdir. M.Musayeva qeyd edib, ilk mərhələdən keçə bilməyən layihələrlə də əməkdaşlıq davam etdiriləcək. Həmin startapçılara öz layihələrini https://enterpriseazerbaijan.gov.az/saytında qeydiyyatdan keçirmələrinə və Azərbaycanda startap ekosisteminə daxil olmalarına mümkün dəstək göstəriləcək.
“Startup School 2 - AI for Green Solidarity”da ilk seçim mərhələsini qazanmış layihələrlə aprel ayının 2-də saat 12:00-dan sonra təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz: https://startupschool.az/.
Qeyd edək ki, “Startup School 2 - AI for Green Solidarity” layihəsinin rəsmi açılış mərasimi aprel ayının 5-də keçiriləcək.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”