Azexport və DTH-in imkanları Belarusda keçirilən beynəlxalq konfransda təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və “Rəqəmsal Ticarət Qovşağı” (DTH) Belarusun paytaxtı Minsk şəhərində təşkil olunan İnformasiya Kommunikasiya Texnologiyalarının Təhlükəsizliyi Konfransında (IT-Security Conference) təqdim olunub. Hibrid formatda təşkil olunan tədbirə onlayn olaraq qatılan “Azexport” portalının rəhbəri Ayxan Qədəşov təqdimatla çıxış edib. O, Azexport portalının “Made in Azerbaijan” brendi məhsullarının beynəlxalq elektron ticarət platformaları vasitəsilə ixrac imkanlarının genişləndirilməsinə dair görülən işlərdən danışıb, bu istiqamətdə beynəlxalq e-ticarət platformaları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, rəqəmsal ticarət əməliyyatları zamanı məlumatların qorunması məqsədilə istifadə olunan texnologiyalar barədə məlumat verib.
A.Qədəşov iştirakçılara Rəqəmsal Ticarət Qovşağının imkanlarını təqdim edib. Qlobal rəqəmsal ticarətdə Azərbaycanın nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi işlər, həmçinin qeyri-rezidentlər üçün Azərbaycanda yaradılan imkanlar barədə məlumat verib. Rəqəmsal Ticarət Qovşağının müasir təhlükəsizlik tələblərindən olan “X-Road” üzərindən qurulmasını qeyd edib.
Tədbir iştirakçıları portalın beynəlxalq elektron ticarət platformalarının potensialından istifadə etməklə Azərbaycan məhsullarının ixrac imkanlarının genişləndirilməsinə göstərdiyi töhfəni yüksək qiymətləndirib. Rəqəmsal Ticarət Qovşağı tərəfindən təqdim olunan xidmətlərin inteqrasiyası, həmçinin təcrübə mübadiləsinin aparılması üçün iktərəfli görüşlərin həyata keçirilməsinə dair ilkin razılıq əldə olunub.








Ekspert yazıları
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu