İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları Çin Xalq Respublikasında keçirilən beynəlxalq təlim proqramlarında iştirak ediblər.
İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Hüseynov və İnnovasiya şöbəsinin müdiri Samiq Müseyibli Çin Xalq Respublikasının Ticarət Nazirliyinin Beynəlxalq Kommersiya Rəsmiləri Akademiyasının təşkilatçılığı ilə keçirilən “İnspeksiya və karantin standartları üzrə kadr hazırlığı” adlı beynəlxalq seminarda iştirak ediblər. Təlimdə texniki tənzimləmə, məhsul təhlükəsizliyi, sanitar və fitosanitar tədbirlər, laboratoriyaların fəaliyyəti və keyfiyyətə nəzarət mexanizmləri üzrə Çin təcrübəsi öyrənilib.
İİTKM-in nümayəndəsi Elvira Zeynalova isə Şanxay Gömrük Universitetində keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin gömrük orqanlarının rəhbər vəzifəli şəxsləri üçün gömrük əməkdaşlığı və ticarətin sadələşdirilməsi” adlı seminarda iştirak edib. Proqram çərçivəsində Çinin gömrük sistemi, “Ağıllı Gömrük” konsepsiyası, gömrük risklərinin idarə edilməsi, rəqəmsal texnologiyalar və beynəlxalq ticarətdə “Vahid Pəncərə” sisteminin tətbiqi ilə bağlı mühazirələr və praktiki məşğələlər təşkil olunub.

Digər təlimlər
İİTKM-in nümayəndəsi Qazaxıstanda kapital axınlarının idarə olunmasına dair beynəlxalq təlimdə iştirak edib
İİTKM-in əməkdaşları süni intellekt üzrə beynəlxalq təlim proqramında iştirak ediblər
İİTKM-də “Layihə idarəetməsi” modulu üzrə təlimlər davam edir
İİTKM-də “Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb
İİTKM-in nümayəndəsi BVF-nin beynəlxalq təlim proqramında iştirak edib
Vüsal Qasımlı Yaponiyanın Keio Universitetinin tələbələrinə mühazirə deyib
İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb
İİTKM-də “e-monitorinq” portalı üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib