İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasına dair hesabatların “e-monitorinq” portalı vasitəsilə təqdim edilməsinə həsr olunan təlimlər davam edir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən təlimlər yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin elektron hesabatlılıq üzrə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.
Təlimlərin dördüncü günündə Lənkəran, Mingəçevir və Şirvan şəhər icra hakimiyyətlərinin, həmçinin Astara, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lerik, Masallı, Neftçala, Quba, Sabirabad, Saatlı, Salyan, Ucar və Yardımlı rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxışında Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasına dair məlumatların vahid elektron platformada toplanmasının idarəetmə prosesində səmərəliliyin artırılmasına xidmət etdiyini bildirib. O qeyd edib ki, keçirilən təlimlərin əsas məqsədi yerli icra hakimiyyəti orqanlarının nümayəndələrini portalın imkanları ilə yaxından tanış etmək, hesabatların hazırlanması və təqdim olunması prosesində vahid yanaşmanın formalaşdırılmasına dəstək verməkdir.
Daha sonra İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov Fəaliyyət Planı çərçivəsində icra olunacaq tədbirlərin ardıcıl və sistemli şəkildə həyata keçirilməsində Yol Xəritəsinin rolundan danışıb. O, eyni zamanda, fəaliyyətlərin düzgün planlaşdırılmasının monitorinq və qiymətləndirmə prosesinin keyfiyyətinə birbaşa təsir göstərdiyini vurğulayıb.
Təlimin praktiki hissəsində İİTKM-in şöbə müdiri İsmət Mehrəliyeva “e-monitorinq” portalında yerli icra hakimiyyəti orqanları üçün yaradılmış yeni modulun funksiyalarını iştirakçılara nümayiş etdirib. Təqdimat zamanı sistemdə hesabatların yaradılması, məlumatların daxil edilməsi, yenilənməsi və təqdim olunması mərhələləri ətraflı izah edilib, iştirakçıların sualları praktiki nümunələr əsasında cavablandırılıb.

Digər təlimlər
İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb
İİTKM-də Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı
İİTKM-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq qapı” keçirilib