İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq qapı” təşkil olunub.
İİTKM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova uşaqlara Mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verilib. O bildirib ki, qurum dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirir, iqtisadi təhlillər aparır, makroiqtisadi proqnozlar hazırlayır və islahat tədbirlərinin kommunikasiya prosesini koordinasiya edir. Eyni zamanda qeyd olunub ki, Mərkəzin həyata keçirdiyi innovativ layihələr qeyri-neft sektorunun inkişafına, rəqəmsal transformasiyanın sürətlənməsinə və ixrac imkanlarının genişlənməsinə töhfə verir.
Sonra “DigiStart: İnnovativ gələcək” adlı təlim proqramı keçirilib. İİTKM-in “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Sabahın dünyasında sənin yerin: Sən yalnız istifadəçi deyilsən” mövzusunda çıxış edərək gənclərin innovativ təşəbbüsləri, onların rəqəmsal dünyada yaradıcı rolunu vurğulayıb.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov isə “Beynəlxalq elektron ticarətə giriş” mövzusunda qlobal bazarlara çıxış, ixrac potensialının artırılması və rəqəmsal platformaların biznes üçün əhəmiyyəti barədə danışıb.
Sonra İİTKM-in “İslahat könüllüləri” təşkilatının üzvü Zəhra Qasımzadə “Könüllülük: gələcəyin uğurlu gəncləri üçün ilk addım” mövzusunda çıxış edərək könüllülük fəaliyyətinin şəxsi inkişaf, liderlik bacarıqlarının formalaşması və sosial məsuliyyətin artırılmasında mühüm rol oynadığını qeyd edib.
Tədbir interaktiv sual-cavab sessiyası ilə davam etdirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Digər təlimlər
İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb
İİTKM-də “e-monitorinq” portalı üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib
İİTKM-də Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı