İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat könüllüllərinin, AMEA Mərkəzi Elmi Kitabxanasının və “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə “Vikipediya-virtual reallıq” mövzusunda təlimlərə start verilib.
Təlimin ilk günü AMEA Mərkəzi Elmi Kitabxanasının mütəxəssisi Nuray Tanrıverdiyeva könüllülərə vikipediyanın tarixi, layihələri və iş prinsipləri haqqında ətraflı məlumat verib. Təlimin məqsədi gənclərə vikipediyada məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaqdır.
Sonda könüllülər öz suallarını ünvanlayıblar. Təlim 3 gün olmaqla praktiki keçiriləcək.

Digər təlimlər
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı
İİTKM-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq qapı” keçirilib
İİTKM-in nümayəndəsi BVF-nin beynəlxalq təlim proqramında iştirak edib
“Enterprise Azerbaijan” portalının tərəfdaşlığı ilə “Farm2Tour” hakatonu keçirilib
“Startup School 4” çərçivəsində ADMİU-da təlim və infosessiya keçirilib
“Azexport” portalı “Farm2Tour” layihəsində təmsil olunub
“Enterprise Azerbaijan” portalı Pakistan universitetlərinin tələbələri üçün təlim keçirib