İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Five Continents - 500 Startups” layihəsi çərçivəsində infosessiya keçirilib.
İnfosessiya layihənin Türkiyədən olan tərəfdaşlarından biri – Niğde Universitetinin Texnoparkı ilə birgə təşkil olunub. Niğde Universitetinin Texnoparkının direktoru Rifat Battaloğlunun da iştirak etdiyi infosessiyada rezident startaplar, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Xatırladaq ki, “Startup School 4: Five Continents - 500 Startups” layihəsi beş qitəni əhatə edir. Həmçinin layihənin final mərhələsi - “Demo Day” 30-31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində “TEI Forumu 2026” ilə eyni vaxtda, eyni məkanda təşkil olunacaq. Bu sinerji layihə iştirakçıları və tərəfdaşları üçün daha geniş investor, korporativ və beynəlxalq şəbəkə imkanları yaradacaq.
Hazırda startap layihələrinin onlayn qeydiyyatı (15 may tarixinədək) davam edir:

Digər təlimlər
İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb
İİTKM-də “e-monitorinq” portalı üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib
İİTKM-də Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı