Azexport.az portalı “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsinə başlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı, Worldef Business School və Worldef şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə “Distant Amazon və Elektron Ticarət Təlimi” layihəsinə start verir. Təlimdə iştirakçılara “Amazon” elektron ticarət portalında hesabın açılması, yüksək satış göstəricilərinə malik məhsulların müəyyən olunma mexanizmi, beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə etibarlı məhsul təchizatçılarının tapılması, məhsulların “Amazon” anbarlarına göndərilməsi, məhsulların “Amazon” platformasında düzgün siyahılanması, reklam strategiyasının müəyyən olunması, beynəlxalq logistika və daxili çatdırılma, Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun elektron ticarətdə gömrük əməliyyatları, digər müvafiq sənədləşmə və prosedurların aparılması, gələcəkdə dünya təcrübəsindən istifadə edərək elektron ticarətdə gömrük bəyyanamələrinin tətbiqinin mümkünlüyü (ETGB), beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər zəruri məlumatlar tədris olunacaq.
Təlim “Zoom” tətbiqi vasitəsi ilə onlayn olaraq həyata keçiriləcək. Mövzular əsasən xarici ekspertlər tərəfindən ingilis, türk və azərbaycan dillərində tədris olunacaq. Təlimdə iştirak üçün intermediate ingilis dili səviyyəsi, fərdi komputer mütləqdir.
Təlim mövzularının çoxluğunu nəzərə alaraq iştirakçıların sayında məhdudiyyətlər tətbiq oluna bilər. Təlimdə iştirak hüququ tələblərə uyğun gələn şəxslər arasında “Random.org” portalı vasitəsi ilə təsadüfi seçim əsasında təyin ediləcək.
Təlimdə iştirak üçün qeydiyyat linki: http://training.ereforms.org/
Təlimçilər:
Orxanİ sayev| Worldef Business School | Direktor
Ayxan Qədəşov| Azexport| Azexport.az portalının meneceri
Cabir Kamranov | My Broker Gömrük Təmsilçiliyi | Satış Şöbəsinin Müdiri

Digər təlimlər
İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb
İİTKM-də “e-monitorinq” portalı üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib
İİTKM-də Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı