İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Yaradıcı Qığılcım” layihəsinin “Big Idea Challange 2022” idea yarışmasına hazırlaşan startapçılarla növbəti görüş keçirilib. Yarışma Britaniya Şurasının təşəbbüsü ilə İİTKM və İngiltərənin Nyukastl Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Tədbirdə İİTKM-in, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin startapçıları iştirak ediblər.
Görüşdə layihənin ölkə üzrə meneceri Elnur Əliyev açılış nitqi ilə çıxış edərək yarışa ilkin qeydiyyatın başa çatdığını bildirib və onlara növbəti mərhələdə uğurlar arzu edib.
Daha sonra EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva startapçılara qeydiyyatdan keçən bütün layihələr haqqında ümumi məlumat verib. İlk mərhələdən uğurla keçən startapçılara növbəti mərhələnin şərtləri və qaydalarını izah edib.
“Big İDEA Challenge 2021”–də “Creative” kateqoriyası üzrə qalib gələn AzMİU-nun tələbəsi Elnur Məmmmədov növbəti mərhələdəki video çəkilişi ilə bağlı startapçılara təqdimat edib. Daha sonra Kəmalə Məmmədova “Creative” kateqoriyasında “Recycled Art” layihəsini təqdim edib.
Tədbirin sonunda digər layihələr haqqında ətraflı müzakirələr aparılıb, tələbələr arasında fikir mübadiləsi həyata keçirilib və xarici mütəxəssilərlə birgə “workshop”ların keçirilməsi qərara alınıb.

Digər təlimlər
İİTKM-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq qapı” keçirilib
İİTKM-in nümayəndəsi BVF-nin beynəlxalq təlim proqramında iştirak edib
“Enterprise Azerbaijan” portalının tərəfdaşlığı ilə “Farm2Tour” hakatonu keçirilib
“Startup School 4” çərçivəsində ADMİU-da təlim və infosessiya keçirilib
“Azexport” portalı “Farm2Tour” layihəsində təmsil olunub
“Enterprise Azerbaijan” portalı Pakistan universitetlərinin tələbələri üçün təlim keçirib
“Enterprise Azerbaijan” portalı “Startup School 4” layihəsi çərçivəsində BBU-da təlim keçirib
“Startup School 4” çərçivəsində Azərbaycan Universitetində təlim və infosessiya keçirilib