İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” və “Azexport” portalları ilə “Karabakh Training Center” tərəfindən Qarabağda “Startup School” layihəsi keçiriləcək.
Məqsəd işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və startapların inkişafı, biznesdə innovasiyaların tətbiqi və rəqəmsal ticarət bacarıqlarının artırılmasını dəstəkləməkdir.
28 fevral tarixində Xankəndi şəhərində “Karabakh Training Center”də keçiriləcək tədbirdə Qarabağ Universiteti, sənaye parkları və özəl sektor arasında əməkdaşlıq imkanları müzakirə ediləcək, iştirakçılar sahibkarlıq sahəsində yeni imkanlar və imtiyazlar haqqında məlumat alacaqlar. İİTKM-in mütəxəssisləri tərəfindən sahə üzrə bacarıqların inkişafına yönəlmiş təlimlər və mentorluq xidmətləri təqdim ediləcək. Əsas hədəflər regionda insan kapitalını gücləndirmək, yerli sahibkarlarda innovativ düşüncə tərzi formalaşdırmaq və Qarabağın iqtisadi canlanmasına töhfə verməkdir.
Xankəndi şəhərində fəaliyyət göstərən "Cahan otel", "Kübar café-restoran" və “Karabakh Eco Tour” MMC şirkətləri layihənin sponsorlarıdır.
Təlim proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

Digər təlimlər
“Enterprise Azerbaijan” portalı Qubada təlim və infosessiya keçirib
İİTKM və BMT “Qida təhlükəsizliyi” dərsliyini hazırlayır
“Enterprise Azerbaijan” portalının rəhbəri Naxçıvanda təlim keçib
“Enterprise Azerbaijan” portalı Sumqayıt Dövlət Universitetində təlim və infosessiya keçirib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi ADDA-da təqdim olunub
“Enterprise Azerbaijan” portalı ADPU-da “Startup School 4” layihəsini təqdim edib
“Startup School Naxçıvan” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir
“Enterprise Azerbaijan” portalının rəhbəri Qubada təlim keçib