İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində EnterpriseAzerbaijan.com portalının təşkilatçılığı ilə ATL Group şirkətinin təsisçisi, EY ilin iş adamı müsabiqəsinin İnnovasiya nominasiyasında qalibi Rəşad Mirzəyevin tələbələr və gənc stratapçılar ilə görüşu baş tutub.
Görüşdə təcrübəli startapçı və şirkətlər grupunun rəhbəri Rəşad Mirzəyevin uğur hekayəsi və gənclərə tövsiyyələri dinlənilib, müasir bazarın tələbləri, bir startapın uğurlu olması üçün diqqət yetrilməli olan əsas məqamlar müzakirə olunub.
Rəşad Mirzəyev gənc startapçıları maraqlandıran sualları cavablandırdı və uğurlu iş adamı olmaq üçün gənclərə tövsiyyələr verib.
Sonda EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva bu formatda olan tədbirlərin gənc startapçıların gələcək fəaliyyətlərinin daha səmərəli qurulması üçün çox böyük önəmi olduğunu vurğulayib qonağa təşəkkür edib.

Digər təlimlər
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı
İİTKM-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq qapı” keçirilib
İİTKM-in nümayəndəsi BVF-nin beynəlxalq təlim proqramında iştirak edib
“Enterprise Azerbaijan” portalının tərəfdaşlığı ilə “Farm2Tour” hakatonu keçirilib
“Startup School 4” çərçivəsində ADMİU-da təlim və infosessiya keçirilib
“Azexport” portalı “Farm2Tour” layihəsində təmsil olunub
“Enterprise Azerbaijan” portalı Pakistan universitetlərinin tələbələri üçün təlim keçirib