İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun (BVF) keçirdiyi “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” təlim proqramı çərçivəsində təqdimatla çıxış edib.
Təqdimat “Ortamüddətli xərclər çərçivəsi: Layihə İdarəetməsinə əsaslanan Proqram İdarəetməsi” (Azərbaycanın dataəsaslı idarəetməsi) mövzusunda olub. Vüsal Qasımlı mövzunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın nümunəsində izah edib. Bununla yanaşı, İİTKM-in monitorinq və qiymətləndirmə portallarında elektron hesabatlılıq və coğrafi təsnifatlandırmaya dair məlumatlandırma; “Layihə idarəetməsi” modulu üzrə monitorinq; “Layihə idarəetməsi” modulu üzrə qiymətləndirmə istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, 5 gündür davam edən təlim proqramında 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edir.

Digər təlimlər
İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb
İİTKM-də “e-monitorinq” portalı üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib
İİTKM-də Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı