İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı və “E-Mark” media agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunub. Seminarda “azexport.az” portalının rəhbəri Ayxan Qədəşov yerli və beynəlxalq ticarətdə tətbiq olunan müasir rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi beynəlxalq elektron ticarət platformaları barədə praktik məlumatlar təqdim edib. Tədbirdə sadalanan platformalarda Azərbaycandan satışlar həyata keçirən şəxslər də iştirak ediblər. Onlar bu istiqamətdə qarşıya çıxa biləcək çətinliklərin həlli yollarına dair öz təcrübələrindən irəli gələn tövsiyələrini iştirakçılarla bölüşüblər.
Seminar rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyevin təqdimatı ilə davam edib. O, iştirakçılara sosial media trendləri, doğru bilinən yanlışlar və sahə üzrə ən son yenilikləri özündə əks etdirən məlumatları təqdim edib. Daha sonra S. Mehdiyev seminar iştirakçılarının suallarını cavablandırıb.
Sonda tədbir iştirakçıları arasından iki nəfər təsadüfi seçim əsasında beynəlxalq rəqəmsal ticarət (“Amazon”, “eBay”, “Alibaba” və “Payoneer” platformaları üzrə) və rəqəmsal marketinq üzrə mentorluq imkanı əldə edib.
Qeyd edək ki, “azexport.az” sahə üzrə təlimlərin müntəzəm olaraq təşkilini nəzərdə tutub. Bu qəbildən olan təlimlərə qatılmaq istəyən şəxslər portalın sosial media səhifələrini izləyərək təlimlər barədə öncədən məlumat əldə edə bilərlər.

Digər təlimlər
İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb
İİTKM-də “e-monitorinq” portalı üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib
İİTKM-də Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı