Azərbaycan Respublikasının əməkdar jurnalisti, Real TV-nin baş direktoru Mir Şahin Ağayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat könüllüləri ilə görüşüb.
Görüşdə jurnalist Mir Şahin Ağayev gənclərə öz fəaliyyətinə dair ümumi məlumat verib. O, qəzet jurnalistikasının tələbləri, ənənəvi və müasir jurnalistikanın fərqi, mövcud dövrdə dezinformasiya ilə mübarizənin yolları, təhlillərin jurnalistika sahəsindəki əhəmiyyəti, xəbər auditoriyasının düzgün seçilməsi və 4-cü sənaye inqilabı şəraitində medianın inkişaf perspektivləri haqqında geniş məlumat verib. Gənclərin suallarına cavab verən M.Ağayev, Ulu öndər Heydər Əliyevdən aldığı müsahibələrdən və onun medianın inkişafında mühüm rolundan danışıb. Görüş zamanı 44 günlük müharibənin gedişində Prezident İlham Əliyevin informasiya savaşında bir sərkərdə kimi rolu xüsusi qeyd olunub.
Qeyd edək ki, İslahat könüllülərinin mütəmadi olaraq Azərbaycanın nüfuzlu ictimai xadimləri ilə görüşləri təşkil olunur.

Digər təlimlər
İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlim proqramı yekunlaşıb
İİTKM-də “e-monitorinq” portalı üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün növbəti təlim keçirilib
İİTKM-də Rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının icrası ilə bağlı növbəti təlim keçirilib
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
İİTKM-də yerli icra hakimiyyəti orqanları üçün "e-monitorinq" portalı üzrə təlimlər davam edir
“Azexport” portalı və Latviyanın “STC” şirkəti tərəfindən ixracatçılar üçün beynəlxalq sertifikatlaşdırma təlimi keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” proqramının təlim sessiyaları başladı