Təranə Salıfova
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
20 noyabr 1986-cı ildə Azərbaycan Respublikasının Qazax rayonunda anadan olub.
Təhsili
2004-2008-ci illərdə Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.
2008-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix istiqaməti üzrə magistr təhsili alıb və bu fakültəni fərqlənmə diplomu ilə bitirib.
2019-2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə ikinci ali təhsil alıb.
2016-2019-cu illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Texnoloji innovasiyalar iqtisadiyyatı ixtisası üzrə dissertantı olub və 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə dissertasiya işini müdafiə edib.
Pedaqoji fəaliyyəti
2020-2022-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının müəllimi vəzifəsində çalışıb.
2022-ci ildən Azərbaycan Texniki Universitetinin Biznesin İdarə Edilməsi (MBA) və SABAH magistratura qruplarında “Tədqiqat metodları” və “Akademik yazı və tədqiqat üsulları” fənlərini tədris edir.
Yerli və beynəlxalq mətbuatda dərc olunmuş 25-dən çox elmi və publisistik məqalə və tezislərin müəllifidir.
Əmək fəaliyyəti
2011-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda baş mütəxəssis, böyük elmi işçi vəzifələrində,
2015-2022-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Regionların davamlı inkişaf problemləri şöbəsinin müdiri və İnstitutun elmi katibi vəzifələrində,
2022-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.
2023-cü ilin aprel ayından sentyabr ayınadək İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri, 2023-cü ilin sentyabr ayından avqust ayınadək Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri vəzifələrində çalışıb.
2024-cü ilin avqust ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunub.
Azərbaycan, ingilis və rus dillərini bilir.
Ailəlidir, bir övladı var.