Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
19 sentyabr 1972-ci ildə Cəlilabad rayonunda anadan olub.
Təhsili
1989-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda ali təhsil alıb.
1995-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda aspirantura təhsili alıb.
2000-ci ildə iqtisad elmləri namizədi,
2024-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsini müdafiə edib.
Elmi və pedaqoji fəaliyyəti
2000-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.
2004-2009-cu illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nəzdində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aparıcı elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində işləyib.
2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar İnstitutunda elmi işçi vəzifəsində işləyib.
2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi və texnoloji elmlər kafedrasında” dosent vəzifəsində çalışır.
2025-2026-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi” kafedrasının dosenti olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ekspert şurasının üzvüdür.
40-a yaxın elmi məqalə və tezisin müəllifidir.
Əmək fəaliyyəti
1998-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.
2014-2019-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.
2020-2025-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini olub.
2026-cı ilin martın ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviridir.
Azərbaycan, rus və ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.
