Dekarbonizasiya dinamikası: Ekoloji vergilərin və bərpa olunan enerjinin qısamüddətli və uzunmüddətli təsirlərinin multi-model təhlili
Bu tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində iqtisadi alətlərin karbon qazı emissiyalarının azaldılmasında effektivliyini araşdırır. Əsas diqqət bərpa olunan enerji istehlakı və ekoloji vergitutmaya yönəldilmişdir. Əvvəlki araşdırmalar çox vaxt hər iki alətin emissiyaları azaltdığını göstərir. Lakin mövcud ədəbiyyatın böyük hissəsi tək bir ekonometrik metoda əsaslanır. Bu isə ölkələr arasındakı heterogenliyi (müxtəlifliyi), kəsiklər arası asılılığı (cross-sectional dependence) və dinamik uyğunlaşma effektlərini diqqətdən kənarda qoya bilər. Qeyd olunan məhdudiyyətləri aradan qaldırmaq üçün bu tədqiqatda OECD ölkələrinin 2000–2022-ci illəri əhatə edən balanslaşdırılmış panel məlumatlarından istifadə edilməklə çoxmüddətli (multi-model) panel ekonometrik çərçivəsi tətbiq olunur. Təhlillərdə sabit effektlər (fixed effects), orta qrup (mean group), qruplaşdırılmış orta qrup (pooled mean group) və ümumi korrelyasiya olunmuş effektlər (common correlated effects) qiymətləndiricilərindən istifadə edilmişdir. Bu metodlar müşahidə olunmayan ümumi amilləri nəzərə almaqla, həm qısamüddətli, həm də uzunmüddətli əlaqələri müəyyən etməyə imkan verir. Nəticələr göstərir ki, bərpa olunan enerji istehlakı bütün model spesifikasiyalarında karbon qazı emissiyalarını davamlı və əhəmiyyətli dərəcədə azaldır. Bu təsir uzunmüddətli dövrdə daha güclüdür. Aksinə, ekoloji vergi daxilolmaları seçilmiş modeldən asılı olaraq zəif və qeyri-sabit təsirlər nümayiş etdirir. İqtisadi artımın emissiyalar üzərində uzunmüddətli dövrdə əhəmiyyətli bir təsiri yoxdur. Bu isə inkişaf etmiş iqtisadiyyatlarda səmərəlilik artımının və texnoloji tərəqqinin miqyas effektini üstələdiyini göstərir. Əldə olunmuş nəticələr metodoloji dayanıqlılığın vacibliyini vurğulayır və təkcə ekoloji vergitutma ilə kifayətlənməyərək, bərpa olunan enerjinin genişləndirilməsinə üstünlük verilməsini dəstəkləyir.

Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır