Qurban Rzayev

Qurban Rzayev

Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi

(+99412) 521 25 35


7 fevral 1999-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.

Təhsili

2016-2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Davamlı İnkişafın İdarə edilməsi ixtisasını fərqlənmə ilə bitirib.

2020-2023-cü illərdə İtaliya Respublikasının Milan Universitetində Hüquq və Davamlı İnkişaf ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyəti

2022-2023-cü illərdə “My Broker” MMC-də Logistika üzrə icraçı assistent vəzifəsində çalışıb.

2024-cü ilin avqust ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində aparıcı məsləhətçi olaraq işə başlayıb. 2026-cı ilin noyabr ayından etibarən Strateji planlaşdırma şöbəsində baş məsləhətçi olaraq çalışır.

Dövlət qulluğu üzrə BB1 kateqoriyalı sertifikatı əldə edib.

Azərbaycan, ingilis və türk dillərini sərbəst, italyan dilini A2 səviyyədə bilir.