Anar Qazıyev

Anar Qazıyev

Maliyyə meneceri

(+99412) 521 25 35


7 oktyabr 1975-ci ildə Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olub.

Təhsili

1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə təhsil alıb.

2005-ci ildə "Deloitte Türkiye" şirkətinin mühasibatlıq və məsləhət xidmətləri üzrə tədris proqramını bitirib.

2011-ci ildə “GRBS-Azerbaijan” tərəfindən keçirilən proqramda beynəlxalq maliyyə hesabatları standartları üzrə milli diplom əldə edib.

Əmək fəaliyyəti

1998–2007-ci illərdə “AZFEN” şirkətində müxtəlif layihələr üzrə (Səngəçal terminalı, Bakı-Supsa neft kəməri, Azəri-Çıraq-Günəşli, Şahdəniz)  mühasib, aparıcı mühasib;

2007-2021-ci illərdə “OTOKOÇ Azərbaycan” (KOÇ Holding) MMC-də baş mühasib, maliyyə şöbəsinin müdiri;

2021–2023-cü illərdə “GEMZA Group” MMC-də maliyyə direktoru vəzifələrində işləyib.

2024-cü ildə daxili audit sahəsində fəaliyyət göstərib.

2024-2025-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tabeli qurum olan “Azəridmanservis” MMC-də Maliyyə və mühasibatlıq şöbəsinin müdiri olub.

2026-cı ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Maliyyə meneceri vəzifəsində işləyir.

 

Azərbaycan, ingilis, türk və rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.