İlyas Hüseynov

İlyas Hüseynov

Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri

(+99412) 521 25 35


31 oktyabr 1985-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.

Təhsili

2001-2005-ci illərdə Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin Yunanşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.

2005-2007-ci illərdə Bakı Avrasiya Universitetində Regionşünaslıq və İqtisadiyyat fakültəsinin Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası üzrə magistr təhsili alıb və bu ixtisası fərqlənmə diplomu ilə bitirib.

2017-2020-ci illərdə Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər istiqaməti üzrə doktorantura təhsili alıb.

2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 fevral tarixli qərarı ilə “5901.01 – Beynəlxalq münasibətlər” ixtisasında siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Pedaqoji fəaliyyəti

2019-2020 illərdə Qərbi Kaspi Universitetinin “Politologiya” kafedrasında müəllim vəzifəsində çalışıb.

2022-ci ildən Bakı Dövlət Universitetində “Sosiologiya” kafedrasında müəllim vəzifəsində çalışıb.

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 50-dən çox elmi məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

2012-2015-ci illərdə Sabunçu rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışıb.

2017-ci ildə Bakı Avrasiya Universitetinin Magistratura və Doktorantura sektorunda doktorantura üzrə mütəxəssis vəzifəsində çalışıb.

2019-2026-cı illərdə Sosial Tədqiqatlar Mərkəzində Daxili siyasətin təhlili departamentinin aparıcı məsləhətçisi, baş məsləhətçisi və sektor müdiri vəzifələrində çalışıb.

2026-cı ilin aprel ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsində çalışır.

Azərbaycan, ingilis, türk, rus və yunan dillərini bilir.

Ailəlidir, 2 övladı var.